Bakıda evdən 10 min manatlıq oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 2-də Gürgan qəsəbəsindəki evlərin birindən 450 manat pul və 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri K.Əliyev, N.Bayramlı və M.İsmayılov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.