Bakıda evdən 10 minlik OĞURLUQ
18 may 2023 11:14 (UTC +04:00)

Bakıda evdən 10 minlik OĞURLUQ

0

Bakıda evdən 10 min manatlıq oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Xəzər rayonunun Türkan qəsəbəsindəki evlərin birindən 10.000 manat dəyərində məişət və geyim əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. 

Belə ki, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əkbər Məsumzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1827

Oxşar yazılar