Bakıda həyat yoldaşına  işgəncə verən ər  saxlanıldı
28 oktyabr 2025 18:29 (UTC +04:00)

Bakıda həyat yoldaşına işgəncə verən ər saxlanıldı

0

Sosial şəbəkələrdə bir kişinin qadına şiddət göstərməsi ilə bağlı görüntülər yayılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Lent.az-a bildirib ki, oktyabrın 28-də gecə saatlarında bir qadına yaşadığı ünvanda həyat yoldaşı tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı polisə məlumat daxil olub:

"Əməli törətməkdə şübhəli bilinən T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. 

Faktla bağlı araşdırmalar davam etdirilir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 720

Oxşar yazılar