Bakıda keçmiş iş yerindən  oğurluq edən saxlanıldı
13 dekabr 2025 13:02 (UTC +04:00)

Bakıda keçmiş iş yerindən oğurluq edən saxlanıldı

0

Bakının Nizami rayonunda oğurluq olub.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Babək prospektində bir nəfərə məxsus 4680 manat dəyərində inşaat materialları oğurlanıb. Hadisə ilə bağlı zərərçəkən polisə məlumat verib. Nizami RPİ 23-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Vəliyev və E.Qasımov müəyyən edilərək saxlanılıblar.

Rayon ərazisində yerləşən avtomobil təmiri sexindən isə 1000 manatlıq avtomobil ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən, həmin sexdə çalışan əvvəllər məhkum olunmuş P.Allahverdiyev də saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 216

Oxşar yazılar