Bakıda kişi özünü körpüdən atmaq istədi - VİDEO
19 aprel 2024 09:17 (UTC +04:00)

Bakıda kişi özünü körpüdən atmaq istədi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununla əlaqədar dərhal FHN-in “112” qaynar telefon xəttinə məlumat verilib. Qısa müddət sonra əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən vətəndaşla yaxın məsafədən müvafiq psixoloji söhbətlər aparılıb. Eyni zamanda xilasetmə yastığı açmaqla, zəruri təhlükəsizlik tədbirləri görülüb. 

Xilasedicilər tərəfindən aparılan psixoloji söhbətlər nəticədində intihara cəhd edən vətəndaş 43 yaşlı Əliyev Ramin Mirağa oğlu xilas edilib və körpüdən endirilərək aidiyyəti üzrə təhvil verilib.

# 1779
avatar

Oxşar yazılar