Bakıda lift qırıldı: 5 nəfər xəsarət aldı
23 iyun 2024 19:25 (UTC +04:00)

Bakıda lift qırıldı: 5 nəfər xəsarət aldı

Bu gün saat 16:06-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə paytaxtın Nərimanov rayonu, A.Nematulla küçəsi ərazisindən liftin qırılması səbəbilə çağırış daxil olub.

Lent.az-ın xəbərinə görə, bu barədə TƏBİB-dən bildirilib.

Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.

5 nəfər (qadın cinsli) xəsarət alıb.

Xəsarət alanlar təcili tibbi yardım briqadası tərəfindən müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3621
avatar

Oxşar yazılar