Bakıda maşını geriyə sürən sürücülər QƏZA TÖRƏTDİ  -VİDEO
03 aprel 2025 09:53 (UTC +04:00)

Bakıda maşını geriyə sürən sürücülər QƏZA TÖRƏTDİ -VİDEO

Sürətli yollarda geriyə hərəkət edən avtomobil sürücüləri yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb oldular.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, yollarda nəqliyyat vasitəsi ilə geriyə hərəkət etmək diqqət və ehtiyatlılıq tələb edir. Xüsusilə də sürətli yollarda və avtomagistrallarda bəzi sürücülərin qaydalara əməl etməməsi əksər hallarda qəzaların baş verməsi ilə nəticələnir. Paytaxtın Zığ dairəsi-Hava Limanı yolunda və Ziya Bünyadov prospektində müxtəlif vaxtlarda qeydə alınan bu yol-nəqliyyat hadisələrini təhlil etdikdə məlum olur ki, sürücülər səhv istiqamətdə getdiklərindən geriyə hərəkət etməyə üstünlük verirlər.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin nəzərinə çatdırır ki, "Yol hərəkəti haqqında" Qanunun 42-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Bununla yanaşı, qanunun 43-cü maddəsi avtomagistrallarda da nəqliyyat vasitələrinin geriyə hərəkət etməsini qadağan edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1990

Oxşar yazılar

Daşkəsəndə DƏHŞƏT:  qardaş bacısını baltaladı

Daşkəsəndə DƏHŞƏT: qardaş bacısını baltaladı

8 avqust 2025 , 15:05
Lotereya oğrusu TUTULDU

Lotereya oğrusu TUTULDU

8 avqust 2025 , 13:08
Əlini pəncərədən çıxaran sürücülərə XƏBƏRDARLIQ

Əlini pəncərədən çıxaran sürücülərə XƏBƏRDARLIQ

8 avqust 2025 , 12:34
Bakıda kişi spirtdən komaya düşüb ÖLDÜ

Bakıda kişi spirtdən komaya düşüb ÖLDÜ

8 avqust 2025 , 12:10
Baş prokurordan YENİ TƏYİNAT

Baş prokurordan YENİ TƏYİNAT

8 avqust 2025 , 11:48
Siyəzəndə kütləvi zəhərlənmə

Siyəzəndə kütləvi zəhərlənmə

8 avqust 2025 , 11:00
Bakı metrosunda qadının doğduğu  köprənin SON DURUMU -YENİLƏNİB

Bakı metrosunda qadının doğduğu köprənin SON DURUMU -YENİLƏNİB

8 avqust 2025 , 09:58
Bakıda FACİƏ:  avtobus piyadanı vurub öldürdü

Bakıda FACİƏ: avtobus piyadanı vurub öldürdü

8 avqust 2025 , 09:56