Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu
18 iyul 2025 19:23 (UTC +04:00)

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

Nəsimi rayonu ərazisində quldurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, bir qrup naməlum şəxs 24 yaşlı kişiyə fiziki zor tətbiq edərək mobil telefonunu talayıb. Əməli törətməkdə şübhəli bilinən 22 yaşlı M. Novruzlu və 40 yaşlı V. Hacıyev saxlanılıblar.

Həmçinin rayon ərazisində yerləşən bir gözəllik salonundan və bir marketdən oğurluqlar edilib, nəticədə zərərçəkənlərə ümumilikdə 1000 manata yaxın maddi ziyan vurulub. Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 25 yaşlı Ə. Bədəlov və 44 yaşlı E. Bilalov saxlanılıblar.

Bundan başqa bir nəfərə məxsus velosipedi oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı M.Hüseynov da saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 292

Oxşar yazılar