Bakıda şagird məktəbdən YOXA ÇIXDI
08 fevral 2023 09:33 (UTC +04:00)

Bakıda şagird məktəbdən YOXA ÇIXDI

Bakıda uşaq evində yaşayan oğlan itkin düşüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, 2010-cu il təvəllüdlü Mikayıl Samir oğlu Rzayev ötən gün təhsil aldığı 220 saylı tam orta məktəbdə birinci dərsdən sonra itkin düşüb.

Fakta görə Nizami RPİ-nin 24-cü PŞ-də araşdırma və əməliyyat axtarış tədbirləri aparılır.

Qeyd edək ki, o, 2019-cu ildən 1 saylı uşaq evində yaşayır.

# 2364
avatar

Fidan İlqar

Oxşar yazılar