Bakıda usta  FACİƏLİ   şəkildə öldü
31 may 2022 12:01 (UTC +04:00)

Bakıda usta FACİƏLİ şəkildə öldü

Bakıda usta hündürlükdən yıxılaraq ölüb.

Nərimanov rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, mayın 30-u saat 12 radələrində Nərimanov rayonu ərazisində 21 yaşlı Zülfüqar Qasımzadənin hündürlükdən yıxılaraq ölməsi barədə məlumat daxil olub.

İlkin araşdırmalarla müəyyən olunub ki, “Zirvə-A” MTK tərəfindən inşa olunan hündürmərtəbəli binanın tikintisində fasad ustası işləyən Zülfüqar Qasımzadə həmin binanın 5-ci mərtəbəsində işləyərkən ehtiyatsızlıqdan yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

# 2007
avatar

Mehman Nəbiyev

Oxşar yazılar