Bakıda və Yevlaxda itkin düşən 13 yaşlı qızlar  tapıldı
29 may 2024 13:59 (UTC +04:00)

Bakıda və Yevlaxda itkin düşən 13 yaşlı qızlar tapıldı

Bakıda və Yevlaxda itkin düşənlər tapılıb.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 22-də Yevlax rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 13 yaşlı qız, mayın 24-də Xəzər rayonunun Binə qəsəbəsində itkin düşmüş kimi axtarışda olan 13 yaşlı qız, Suraxanı rayonu Yeni Ramana qəsəbəsində itkin düşmüş kimi axtarışda olan 14 yaşlı qız, mayın 26-da Nizami rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 15 yaşlı oğlan və Binəqədi rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 18 yaşlı oğlan tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1737
avatar

Oxşar yazılar