Bakıda nömrəsiz və "miqalka"lı  "Opel" sürücüsü həbs olundu - VİDEO
16 avqust 2025 16:34 (UTC +04:00)

Bakıda nömrəsiz və "miqalka"lı "Opel" sürücüsü həbs olundu - VİDEO

Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları avtomobili dövlət qeydiyyat nişanı olmadan, xüsusi səs və sayrışan işıqlardan istifadə edərək, eləcə də nəqliyyat vasitəsinin şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər (plyonka) çəkən “Opel” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, sürücü Vasif Hüseynli polisin qanuni əmrinə tabesizlik göstərərək ərazidən yayınmağa çalışsa da, yol polisləri tərəfindən görülən tədbirlər nəticəsində saxlanılıb. Sürücünün bu hərəkətləri və avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə etməyi müşahidə kameraları vasitəsi ilə də görüntülənib. Tibbi müayinə zamanı sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi də müəyyən olunub.

Bundan başqa, avtomobilə baxış zamanı əsa formasında xüsusi olaraq hazırlanmış qadağan olunan kəsici-deşici alət olan xəncər də aşkarlanıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə V.Hüseynli 20 sutka inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 330

Oxşar yazılar