Atasının dalaşdığını görən uşaq qəfil öldü
16 avqust 2025 15:46 (UTC +04:00)

Atasının dalaşdığını görən uşaq qəfil öldü

Türkiyədə atasının davasına şahid olan uşaq qəfil ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Aydın rayonunun İncirliova qəsəbəsində baş verib.

Küçədə Ü.A. ilə 34 yaşlı S.T. və onun 32 yaşlı qardaşı E.T. arasında naməlum səbəbdən münaqişə yaşanıb. Sonra tərəflər əlbəyaxa davaya keçiblər.

Bu zaman atasının dalaşdığını görən Ümit A. qəfil pisləşib. Gələn təcili tibbi yardım həkimləri uşağı xəstəxanaya aparıblar. Lakin burada onu xilas etmək mümkün olmayıb.

Polis S.T. və qardaşı E.T.-nı saxlayıb. Onlar ifadəsi alınandan sonra sərbəst buraxılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 474

Oxşar yazılar