Balakəndə DƏHŞƏT:  camış sahibini vurub öldürdü
16 avqust 2025 16:43 (UTC +04:00)

Balakəndə DƏHŞƏT: camış sahibini vurub öldürdü

Balakəndə camış sahibini öldürüb.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə rayonun İtitala kəndində baş verib. Kənd sakini 65 yaşlı Həlimət Məmməd qızı Hüseynovanı yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsində camış vuraraq, müxtəlif dərəcəli ağır bədən xəsarətləri yetirib.

H. Hüseynova Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

H. Hüseynova ötən gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2118

Oxşar yazılar