Bakıda yanan binadan sakinlər təxliyə olundu
29 avqust 2023 23:24 (UTC +04:00)

Bakıda yanan binadan sakinlər təxliyə olundu

Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 9 ədəd elektrik sayğacı, 8 p.m elektrik kabeli, 1 ədəd qaz sayğacı və yaxınlıqda diametri 20 mm olan qaz xəttindən sızan məişət qazı yanıb. 

Lent.az xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2100

Oxşar yazılar