Bakıda yeniyetmə qızlar YOXA ÇIXDI
10 avqust 2022 09:22 (UTC +04:00)

Bakıda yeniyetmə qızlar YOXA ÇIXDI

Bakıda iki yeniyetmə qız itkin düşüb. 

Lent.az-ın məlumatına görə, hadisələr Sabunçu rayonunda qeydə alınıb.

Rayonun Maştağa qəsəbə sakini, 2008-ci il təvəllüdlü Nərmin Qazzayeva yaşadığı evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.

Bundan başqa, rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə müraciət edən Zeynəb Dünyamalıyeva qızı, 2008-ci il təvəllüdlü Zəhra Dünyamalıyevanın yaşadıqları evdən çıxaraq naməlum istiqamətdə getməsi və bir daha geri qayıtmaması barədə məlumat verib.

Hər iki faktla bağlı araşdırma aparılır. 
 

# 5490
avatar

Fidan İlqar

Oxşar yazılar