Bakının bu rayonunda bir ayda  65 nəfəri it dişləyib  - Deputat
16 yanvar 2026 15:07 (UTC +04:00)

Bakının bu rayonunda bir ayda 65 nəfəri it dişləyib - Deputat

1

Son zamanlar sahibsiz itlərlə bağlı məsələ yenidən gündəmə gəlib. Əhali müraciət edir, amma bələdiyyələr bu məsələləri həll etmək imkanında deyirlər.

Lent.az-ın xəbərinə görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deputat Arzuxan Əlizadə  deyib.
 
“Mən bu məsələ ilə bağlı bu yaxınlarda Sabunçu rayon İcra Hakimiyyətinə, onlar da Bakı Şəhər İcra Hakimiyyətinə və müvafiq qurumlara müraciət etdilər. Bakıxanov qəsəbəsində mənə bir rəsmi məlumat da verdilər. 11 saylı poliklinikaya bir ay ərzində 65 it dişləməsi ilə bağlı müraciət olub.

Uşaqlar məktəblərə, valideynlər səhər işə gedəndə bu problemlərlə üzləşirlər. Əvvəlcə bələdiyələrə müraciət olunur, amma bələdiyyələrin bu məsələləri həll etmək imkanları yoxdur”, -  deputat qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 332

Oxşar yazılar