Bakının məşhur bazarında 2000 manatlıq gilas OĞURLANDI
28 iyun 2022 10:36 (UTC +04:00)

Bakının məşhur bazarında 2000 manatlıq gilas OĞURLANDI

Bakıda bazardan külli miqdarda meyvə oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə Lökbatan qəsəbəsindəki bazarda Tovuz rayon sakini T.Əhmədliyə məxsus 340 kiloqram albalının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini S.Hüseynov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun iyunun 11-də həmin bazarda Abşeron rayon sakini O.Mehdiyevə məxsus 1500 manat, iyunun 27-nə keçən gecə isə Bakı şəhər sakini H.Zabidliyə məxsus 630 manat dəyərində gilas oğurlaması da müəyyən olunub.

Araşdırma aparılır.

Qeyd edək ki, hadisə Lökbatan qəsəbəsindəki "Meyvəli" bazarında baş verib.

# 1968
avatar

Mehman Nəbiyev

Oxşar yazılar