Balakəndə selin apardığı kişinin meyiti tapıldı - YENİLƏNİB
08 iyul 2026 21:05 (UTC +04:00)

Balakəndə selin apardığı kişinin meyiti tapıldı - YENİLƏNİB

0

Balakəndə selin apardığı kişinin meyiti tapılıb. 

Lent.az xəbər verir ki, Aslan Rzayevin meyiti tapılaraq ailə üzvlərinə təhvil verilib.

***

Saat 16:20

Balakəndə 43 yaşlı kişini sel aparıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, Balakən rayonu Katex kənd sakini, 43 yaşlı Aslan Rzayev Katex çayında sel sularının gətirdiyi odun parçalarını yığmaq istəyərkən ehtiyatsızlıqdan suya yıxılıb.

Hazırda onun axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1218

Oxşar yazılar