"Bandotdel"dən XÜSUSİ ƏMƏLİYYAT:   tutulanlar var - VİDEO
13 iyun 2022 16:00 (UTC +04:00)

"Bandotdel"dən XÜSUSİ ƏMƏLİYYAT: tutulanlar var - VİDEO

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan və silahlı şəxslərə qarşı əməliyyatlar keçirib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib. Daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbirlər zamanı Əli Abbaslı, tanışı Ələkbər Məmmədov, Aqil Qarayev və Hamlet Vəliyev narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindikləri üçün saxlanılıblar. Onlardan ümumilikdə 23 kiloqram narkotik vasitə heroin, marixuana və 1590 ədəd metadon həbi aşkar edilərək götürülüb. Saxlanılan şəxslər narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. 

Baş İdarə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı üzərləində qanunsuz olaraq odlu silah-sursat saxlamaqda şübhəli bilinən Natiq Səfərov və Ceyhun Nuriyev saxlanılıblar. Onlardan 2 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar olunub.

Qeyd olunan faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbirləri seçilib. Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Xəzər rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat  nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olan şəxs saxlanılıb.

Belə ki, Zirə qəsəbəsində yaşayan Anar Süleymanovun yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkib-becərdiyi barədə İdarəyə əməliyyat məlumatı daxil olub. Məlumat yoxlanılan zaman fakt öz təsdiqini tapıb. Polislər həmin şəxsi saxlayaraq üzərinə, eləcə də yaşadığı evin həyətindəki istixanaya baxış keçirən zaman ümumi çəkisi 15 kiloqram olan 53 ədəd çətənə kolu və 11 kiloqram marixuana aşkar edilib. Anar Süleymanov ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini və xüsusi qulluq etdiyini bildirib.

Faktla  bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Anar Süleymanov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Xəzər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Parnikdə narkotik əkib becərirdi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4764

Oxşar yazılar

Şəmkirdə 52 yaşlı  qadını ilan sancdı

Şəmkirdə 52 yaşlı  qadını ilan sancdı

3 avqust 2025 , 12:39
Şəmkirdə çay evi yandı

Şəmkirdə çay evi yandı

3 avqust 2025 , 08:30
Biləsuvarda "Mercedes"in vurduğu piyada öldü

Biləsuvarda "Mercedes"in vurduğu piyada öldü

2 avqust 2025 , 21:22
Astarada tur rəhbəri dağda yıxılıb öldü

Astarada tur rəhbəri dağda yıxılıb öldü

2 avqust 2025 , 21:16
Evə eyvandan girib boşanmaq istəyən arvadını  öldürdü

Evə eyvandan girib boşanmaq istəyən arvadını öldürdü

2 avqust 2025 , 19:33
Jurnalistə qarşı  dələduzluqla bağlı   məhkəmədən QƏRAR

Jurnalistə qarşı dələduzluqla bağlı məhkəmədən QƏRAR

2 avqust 2025 , 18:49
Kür çayında yeniyetmə boğuldu

Kür çayında yeniyetmə boğuldu

2 avqust 2025 , 18:42
Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılıb  öldü

Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılıb öldü

2 avqust 2025 , 17:14