Bayram günlərində  zəhərlənənlərin sayı   AÇIQLANDI
27 mart 2023 11:24 (UTC +04:00)

Bayram günlərində zəhərlənənlərin sayı AÇIQLANDI

Bayram günləri ilə əlaqədar qeyri-iş günlərində zəhərlənmə şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə 121 müraciət daxil olub

Lent.az xəbər verir ki, müraciət edən şəxslərdən 88-nə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 33 nəfər isə şöbəyə yerləşdirilib, onlara zəruri tibbi xidmətlərin göstərilməsinə başlanılıb.

Xəstəxanaya yerləşdirilən 33 nəfərdən 23-ü qadın, 10-u kişi olub. Onlardan 5-i dəm qazından, 15-i dərmandan, 8-i sirkə turşusundan, 3-ü botulizm, 2-si isə allergiya səbəbindən zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, cinsləri qadın olan 2 nəfərin (sirkə turşusu zəhərlənməsi səbəbilə) həyatını xilas etmək mümkün olmayıb.

# 1092
avatar

Fidan İlqar

Oxşar yazılar