Bazar raketlə vuruldu, 3 nəfər öldü - VİDEO  - YENİLƏNİB
09 mart 2025 21:25 (UTC +04:00)

Bazar raketlə vuruldu, 3 nəfər öldü - VİDEO - YENİLƏNİB

Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətinin Veliki Kopani şəhərindəki bazara HİMARS reaktiv yaylım atəşi sistemi ilə endirdiyi zərbə nəticəsində 3 nəfər həlak olub.

Lent.az xəbər verir ki, bu haqda vilayətin təcili yardım xidmətindən məlumat verilib.

Həlak olanlardan birinin xəstəxanaya aparılarkən yolda, ikisinin isə hadisə yerində dünyasını dəyişdiyi bildirilir.

***

19:23

Ukrayna Ordusu Rusiyanın nəzarətində olan Xerson vilayətinin Velikie Kopani kəndində bazara iki raket zərbəsi endirib.

Lent.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, 7 nəfər yaralanıb.

Vilayətin “qubernatoru” Vladimir Saldo isə raket zərbəsi nəticəsində ölənlərin olduğu barədə paylaşım edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2378

Oxşar yazılar