Bərdədə ağır qəza - 1 ölü, 2 yaralı var
12 fevral 2026 21:25 (UTC +04:00)

Bərdədə ağır qəza - 1 ölü, 2 yaralı var

0

Bərdədə ağır yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Gərənə kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" və "VAZ2106" markalı iki minik avtomobili toqquşub.

Hadisə nəticəsində "VAZ2106" markalı minik avtomobilinin sürücüsü Elməddin Ocaqverdiyev hadisə yerində ölüb.

Musayev Vasif İsfəndiyar oğlu və Əhmədov Elçin Kamil oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar