Bərdədə avtomat "alverçi"ləri   tutuldu
08 yanvar 2026 13:45 (UTC +04:00)

Bərdədə avtomat "alverçi"ləri tutuldu

0

Bərdədə qanunsuz olaraq odlu silahların əldə edilməsi və satışı ilə məşğul olan iki nəfər saxlanılıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a verilən məlumata görə, tədbirlərlə müəyyən edilib ki, Ağcabədi rayon sakini 25 yaşlı Sahil Kərimzadə və onunla qabaqcadan əlbir olan həmyerlisi 27 yaşlı İntiqam Rüstəmov qanunsuz odlu silahların satışını təşkil ediblər.

Qrup üzvlərindən biri, S.Kərimzadə, Bərdə rayonu ərazisində idarə etdiyi avtomobillə hərəkətdə olarkən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə baxış zamanı yük yerindən pul müqabilində satmaq üçün gətirdiyi 2 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silahlara aid 2 ədəd patron darağı və 60 ədəd patron aşkar olunaraq götürülüb.

Tədbirin davamı olaraq odlu silah-sursatı qanunsuz şəkildə əldə edərək saxlayan İ.Rüstəmov da Xocavənd rayonu ərazisində saxlanılaraq Bərdə RPŞ-yə gətirilib.

Onlardan ümumilikdə 4 ədəd “Kalaşnikov” avtomatı, 4 patron darağı və 60 ədəd patron götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1604

Oxşar yazılar