İranda etirazlar davam edir.
Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, artıq 13-cü gündür ki, xalq küçələrə çıxaraq molla rejiminə etiraz edir.
Ötən gecə Tehran və digər şəhərlərdə keçirilən aksiyalarda izdiham yaşanıb.
Etirazlar Güney Azərbaycanın şəhərlərini də bürüyüb.
Təbrizdə baş tutan etirazlarda soydaşlarımız "Diktatora Ölüm!" şüarı səsləndiriblər.
Urmiyada isə xalq molla rejiminə etirazını bildirməklə yanaşı Pəhləvilərə də üsyan ediblər:
Molla rejimi etirazların genişlənməsinin qarşısını almaq üçün internet və mobil rabitədən istifadəni məhdudlaşdırıb.