Aşkar olunan heroin
29 iyun 2022 13:52 (UTC +04:00)

Aşkar olunan heroin

Beş kilo heroinlə yolda tutuldular - VİDEO

Beyləqanda külli miqdarda narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Beyləqan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli vasitələri satış məqsədi ilə əldə etməkdə şübhəli bilinən rayon sakinləri Vaqif Əsədov və Vüsal Abdullayev saxlanılıblar. Həmin şəxslər Beyləqan rayon ərazisindən keçən magistral yolda müəyyən ediliblər. Onlara məxsus torbaya baxış keçirilən zaman 5 ədəd polietilen qablaşdırmada ümumi çəkisi 5 kiloqram 430 qram olan heroin və 300 ədəd güclü təsiredici xassəyə malik preqabalin həbləri aşkar edilərək götürülüb.  

Faktla bağlı Beyləqan rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə cinayət işi başlanılıb və adıçəkilən şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

5 kilo heroinlə magistral yolda tutuldular

# 1647
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Gədəbəyin kəndlərinə  1 sm böyüklüyündə   dolu düşdü

Gədəbəyin kəndlərinə 1 sm böyüklüyündə dolu düşdü

1 iyun 2024 , 22:09
Qaxa dolu düşdü

Qaxa dolu düşdü

1 iyun 2024 , 20:56
Azərbaycanda FACİƏ:  bəy toy mağarında  özünü asdı

Azərbaycanda FACİƏ: bəy toy mağarında özünü asdı

1 iyun 2024 , 19:28
İsmayıllıda yol qəzası: ölən var

İsmayıllıda yol qəzası: ölən var

1 iyun 2024 , 19:13
Bakıda bank kartlarından oğurluq edən tutuldu

Bakıda bank kartlarından oğurluq edən tutuldu

1 iyun 2024 , 18:51
Qəbələdə 30 yaşlı oğlan 18 gündür  itkin düşüb

Qəbələdə 30 yaşlı oğlan 18 gündür itkin düşüb

1 iyun 2024 , 18:49
İki gün dalbadal narkotiklə tutuldu - polislər ŞOKDA

İki gün dalbadal narkotiklə tutuldu - polislər ŞOKDA

1 iyun 2024 , 17:28
Cəlilabadda məktəbli suda boğuldu

Cəlilabadda məktəbli suda boğuldu

1 iyun 2024 , 17:11