Beyləqanda hərbçinin maşını KANALA DÜŞDÜ
17 aprel 2023 12:45 (UTC +04:00)

Beyləqanda hərbçinin maşını KANALA DÜŞDÜ

0

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Baş Mil-Muğan kollektorunun Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, həmin şəxsin hərbçi olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1896

Oxşar yazılar