Biləsuvar xəstəxanasında FACİƏ:  Əməliyyata gətirilən 3 yaşlı uşaq  öldü -  YENİLƏNİB
22 iyul 2025 18:52 (UTC +04:00)

Biləsuvar xəstəxanasında FACİƏ: Əməliyyata gətirilən 3 yaşlı uşaq öldü - YENİLƏNİB

Biləsuvarda xəstəxanada 3 yaşlı uşağın ölüm səbəbi açıqlanıb.

TƏBİB-dən Lent.az-a verilən məlumata görə, daha öncə iyulun 13-də və 18-də sol qasıq nahiyəsində olan ağrılar səbəbilə valideynləri 3 yaşlı azyaşlını Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirib. Həkim-cərrahının müayinəsində olan azyaşlıya soltərəfli qasıq yırtığı diaqnozu təyin edilib.

İyulun 21-də saat 15 radələrində cərrahi əməliyyat üçün hazırlanarkən azyaşlı anestezioloji preparatların ineksiyası zamanı anaflaktik şok keçirib.

Aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 20:20-də azyaşlının ölüm faktı qeydə alınıb.

***

18:33

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə rayonun Xırmandalı kənd sakini, 3 yaşlı Uğur Hacızadə əməliyyat olunması üçün xəstəxanaya gətirilib. Azyaşlı bir qədər sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 936

Oxşar yazılar