Biləsuvarda yaşayış evi yandı
07 dekabr 2025 21:02 (UTC +04:00)

Biləsuvarda yaşayış evi yandı

0

Biləsuvar rayonunun Çinarlı kəndində fərdi yaşayış evində yanğın qeydə alınıb.

Lent.az-ın məlumatına görə, yanğın Yusif Məmmədova məxsus evdə baş verib.

Hadisə yerinə Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın nəticəsində ümumi sahəsi 135 kvadratmetr olan bir mərtəbəli, 4 otaqlı ev tamamilə yanıb.

Həmçinin yaxınlıqda yerləşən sahəsi 143 kvadratmetr olan bir mərtəbəli, 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 3 kvadratmetr sahədə və bir ədəd pəncərə çərçivəsi zərər görüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 574

Oxşar yazılar