Biləsuvarda ölümlə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, qəza rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hadisə üç avtomobilin iştirakı ilə baş verib.
Ağır qəza nəticəsində sürücülərdən biri — Şərifağa Əmənov həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.