Prezident Ryan Martin Riçardı  da ƏFV ETDİ
23 sentyabr 2026 11:23 (UTC +04:00)

Prezident Ryan Martin Riçardı da ƏFV ETDİ

0

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Əfv sərəncamı imzalayıb.

Lent.az xəbər verir ki, Əfv sərəncamı çərçivəsində bir sıra məhkumlar azadlığa buraxılıb.

Həmin şəxslər arasında Fransa vətəndaşı olan Ryan Martin Riçard da var.

Qeyd edək ki, Ryan Martin Riçard DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb. İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryana AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi, AR vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 512

Oxşar yazılar