Çörək almağa gedən 15 yaşlı qız YOXA ÇIXDI
19 may 2022 09:14 (UTC +04:00)

Çörək almağa gedən 15 yaşlı qız YOXA ÇIXDI

Bakıda yeniyetmə qız itkin düşüb.

Lent.az-ın məlumatına görə, hadisə mayın 18-i saat 11 radələrində paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində baş verib. Kirayə yaşadığı evdən çörək almaq adı ilə çıxan 15 yaşlı Muğurova Sehri Nəcməddin qızı bir daha geri qayıtmayıb.

Bu barədə onun anası Balakən rayon sakini G. Muğurova Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə müraciətində bildirib.

Faktla bağlı qeyd olunan Polis Bölməsində araşdırma aparılır.

# 2913
avatar

Mehman Nəbiyev

Oxşar yazılar