Dələduzluğa məruz qalan professor intihar etdi
27 may 2025 15:59 (UTC +04:00)

Dələduzluğa məruz qalan professor intihar etdi

Rusiyanın Moskva şəhərində fırıldaqçılara 52 milyon rubldan (təxminən 1 milyon 102 min manat) çox pul verən Moskva Dövlət Universitetinin keçmiş professoru intihar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, 78 yaşlı Boris Boyarintsevin qızının sözlərinə görə, o, mayın 25-də dincəlmək üçün dostuna baş çəkməyə gedib. Ancaq bir müddət sonra dostu evdən çıxıb geri qayıdanda professorun cəsədini tapıb. 

Həmin şəxsin cibindən dələduzluq maddəsi ilə cinayət işinin başlanması barədə sənəd tapılıb.

Qızı deyir ki, professor aldadılandan sonra daim əsəbi və depressiyaya düşüb. 

Onun sözlərinə görə, atası fırıldaqçılara bir neçə mənzilin satışından əldə etdiyi pulları, həmçinin hesablardakı əmanətləri verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1298

Oxşar yazılar