Dənizdə batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olundu
15 avqust 2022 22:12 (UTC +04:00)

Dənizdə batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olundu

Bu gün dənizdə batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Sahil”, “Görədil”, “Mingəçevir”, “Zuğulba” və “Şüvəlan” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.
 

# 639
avatar

Oxşar yazılar