Deputat traktorla azyaşlını əzib öldürdü
28 sentyabr 2023 17:30 (UTC +04:00)

Deputat traktorla azyaşlını əzib öldürdü

Tümen vilayətində Staroaleksandrovski qəsəbə Dumasının deputatı Valeri Dementyev traktorla altı yaşlı uşağı sürükləyib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Çeçkino kəndində baş verib. Məlumata görə, uşaq həyətdə gəzirmiş. Lakin 48 yaşlı deputat onu görməyib.

Nəticədə traktorla sürüklənən uşaq həyatı üçün təhlükə yaradan xəsarətlər alıb və onu xilas etmək mümkün olmayıb.

Deputat barəsində cinayət işi başlanıb.

# 2895
avatar

Oxşar yazılar