Dilənçini təpikləyən polislər İŞDƏN ÇIXARILDI  - VİDEO
05 oktyabr 2022 18:04 (UTC +04:00)

Dilənçini təpikləyən polislər İŞDƏN ÇIXARILDI - VİDEO

Sosial şəbəkələrdə payataxtın mərkəzində dilənçilik edən şəxslərlə polis əməkdaşları arasında mübahisəni əks etdirən görüntülər yayılıb. 

Görüntülərlə bağlı mətbuatın sorğusuna cavab olaraq DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Lent.az-a bildirib ki, həmin şəxslərə dəfələrlə xəbərdarlıqlar, inzibati tənbeh tədbirləri görülməsinə baxmayaraq, onlar azyaşlı uşaqlarla birgə dilənçilik əməllərini davam etdiriblər. 

Bu gün yenidən onların dilənçilik əməllərinin qarşısının alınması məqsədilə ərazidə xidmət aparan polis əməkdaşları ilə mübahisə ediblər. Bu zaman polis əməkdaşının vətəndaşa qarşı etdiyi hərəkət sözsüz ki, qəbuledilən deyil, yolverilməzdir. Odur ki, həmin şəxslərə qarşı kobudluq edən iki əməkdaş intizam məsuliyyətinə cəlb edilərək tutduqları vəzifədən azad ediliblər. 

Hazırda onlar barəsində xidməti yoxlamalar başlayıb. Nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək. 

Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda polis əməkdaşlarının dilənçini təpikləməsini əks etdirən görüntülər yayılıb. 

# 3021
avatar

Oxşar yazılar

Mövqelərimiz yenə atəşə tutuldu

Mövqelərimiz yenə atəşə tutuldu

4 dekabr 2022 , 10:11
Yataqxanada yanğın-Zəhərlənən var

Yataqxanada yanğın-Zəhərlənən var

4 dekabr 2022 , 09:00
Çoxmərtəbəli binada yanğın söndürüldü -VİDEO

Çoxmərtəbəli binada yanğın söndürüldü -VİDEO

4 dekabr 2022 , 08:39
Kişi özünü asdı, arvad xilas etdi

Kişi özünü asdı, arvad xilas etdi

4 dekabr 2022 , 03:40
61 yaşlı qadının meyiti evində tapıldı

61 yaşlı qadının meyiti evində tapıldı

3 dekabr 2022 , 21:16
19 yaşlı hamilə qadın xəstəxanada öldü

19 yaşlı hamilə qadın xəstəxanada öldü

3 dekabr 2022 , 20:57
Goranboylu qadın dəm qazından  zəhərləndi

Goranboylu qadın dəm qazından zəhərləndi

3 dekabr 2022 , 20:42
“Jiquli” və “Mercedes” toqquşdu: 1 ÖLÜ, 1 YARALI   -FOTO

“Jiquli” və “Mercedes” toqquşdu: 1 ÖLÜ, 1 YARALI  -FOTO

3 dekabr 2022 , 20:38