Dörd nəfər bataqlığa   düşüb öldü
22 may 2025 11:57 (UTC +04:00)

Dörd nəfər bataqlığa düşüb öldü

Rusiyanın Nijni Novqorod vilayətinin Vıksa şəhəri yaxınlığındakı bataqlıqda 4 nəfər ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, onların avtomobili bataqlığa ilişib və özləri də ilkin məlumatlara görə dəm qazından zəhərləniblər.

Üç gün ərzində qohumlar və axtarış qrupları İlya, Mixail və digər iki dostunu axtarıblar. Onların UAZ-ı Rizadeevskoye gölünün yaxınlığındakı meşədə tapılıb. 

Məlumata görə, maşın bataqlığa ilişib və kişilər mühərriki işə salaraq salonda yatıblar.

Nəticədə dəm qazı ölümə səbəb olub. İstintaq Komitəsi ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açıb. İstintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 591

Oxşar yazılar