DTX-nın saxladığı  Namiq Nəbiyevin məhkəməsi başlayır
16 oktyabr 2025 18:59 (UTC +04:00)

DTX-nın saxladığı Namiq Nəbiyevin məhkəməsi başlayır

0

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilmiş və terroru maliyyələşdirmədə təqsirləndirilən Namiq Nəbiyevin cinayət işi üzrə məhkəməsi başlayır.

Lent.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işinə hakim Nigar İmanova sədrlik edəcək.

Məhkəmənin hazırlıq iclası oktyabrın 28-nə təyin edilib.

Qeyd edək ki, DTX tərəfindən Namiq Nəbiyev Cinayət Məcəlləsinin 167-3.1 (dini ekstremist materialları saxlama) və 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddələri ilə ittiham olunur. Cəzaların qismən toplanılması ilə Namiq Nəbiyev 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar