Dünyada axtarırdılar Gürcüstanda TAPDILAR  - amansızlıqla...
05 avqust 2022 17:23 (UTC +04:00)

Dünyada axtarırdılar Gürcüstanda TAPDILAR - amansızlıqla...

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Gürcüstan Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində ölkəmiz ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü Azərbaycan Respublikasına ekstradisiya edilməsi barədə sorğu edilib.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Abşeron rayon prokurorluğunun icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Bağırov Nurlan Şükür oğlunun – qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla adam öldürmə əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Nurlan Bağırov barəsində beynəlxalq axtarış elan edilib.
Axtarışda olan şəxsin Gürcüstan Respublikası ərazisində yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Gürcüstan Baş Prokurorluğuna sorğusu təmin edilməklə Nurlan Bağırov avqustun 5-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3744

Oxşar yazılar

“Meydan TV” işi üzrə  daha bir jurnalist saxlanıldı

“Meydan TV” işi üzrə daha bir jurnalist saxlanıldı

7 may 2025 , 08:14
Gəlin toyuna bir neçə saat qalmış öldü

Gəlin toyuna bir neçə saat qalmış öldü

6 may 2025 , 22:26
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər ifadə veriblər

Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər ifadə veriblər

6 may 2025 , 19:53
Abşeronda  DƏHŞƏT:  23 yaşlı qız özünü asdı

Abşeronda DƏHŞƏT: 23 yaşlı qız özünü asdı

6 may 2025 , 19:33
Evə gec gələn bacısını vəhşicəsinə döydü

Evə gec gələn bacısını vəhşicəsinə döydü

6 may 2025 , 18:10
Bakıda həbsdə olan avtoritet  ev dustaqlığına buraxıldı

Bakıda həbsdə olan avtoritet ev dustaqlığına buraxıldı

6 may 2025 , 17:54
Ağdaşda tələbəni  maşın vurub öldürdü

Ağdaşda tələbəni maşın vurub öldürdü

6 may 2025 , 17:37
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

6 may 2025 , 17:28