Bakıda qardaşını maşınla vuran saxlanıldı - VİDEO
12 noyabr 2026 14:54 (UTC +04:00)

Bakıda qardaşını maşınla vuran saxlanıldı - VİDEO

0

Sosial şəbəkələrdə sürücünün avtomobillə piyadanı qəsdən vurmasını əks etdirən videogörüntülərlə bağlı polis tərəfindən araşdırma aparılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, araşdırma zamanı hadisənin Sabunçu rayonu ərazisində baş verdiyi, görüntülərdəki sürücünün isə 23 yaşlı S.Göyüşov olduğu müəyyən edilib. Həmçinin avtomobillə vurulan şəxsin sürücünün doğma qardaşı olduğu və hadisənin zarafat məqsədilə törədildiyi məlum olub.

Sabunçu rayonunda polis tərəfindən saxlanılan S.Göyüşov barəsində inzibati xəta haqqında protokol tərtib edilərək qərar verilməsi üçün məhkəməyə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 120

Oxşar yazılar