Türkiyədə əmi uşaqları çayda batıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Toqat rayonunun Erbaa qəsəbəsində qeydə alınıb.
24 yaşlı Zəfər və 22 yaşlı Dilək Atəşin meyiti Kəlkit çayından tapılıb.
Məlumata görə, həmçinin onlara məxsus olan avtomobil çayın sahilində aşkarlanıb. Avtomobilin içərisində mərhumlara məxsus paltarlar və spirtli içkilər olub.
Faktla bağlı araşdırma aparılır.