Təyyarə evin damına  çırpıldı, ölən var
25 iyul 2026 18:46 (UTC +04:00)

Təyyarə evin damına çırpıldı, ölən var

0

Almaniyanın şimal-qərbindəki Qanderkeze şəhərində yüngülmühərrikli təyyarə evin damına çırpılıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, təyyarə yerli vaxtla təxminən saat 11:00-da yaşayış binasının mansardına (dam örtüyünə) düşüb. Həlak olan şəxsin kişi olduğu müəyyənləşdirilib, lakin onun pilot olub-olmadığı hələlik məlum deyil. Xilasedicilər, həmçinin təyyarədə olduğu ehtimal edilən ikinci şəxsi axtarırlar.

Hadisə baş verən zaman binada yaşayan ailə evdə olmayıb. Bununla belə, xilasedicilər uçma təhlükəsi səbəbindən hələlik aşağı mərtəbələrdən binanın içinə daxil ola bilmirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar