Ermənistanda  daha bir hərbçi   intihar etdi
13 sentyabr 2023 14:32 (UTC +04:00)

Ermənistanda daha bir hərbçi intihar etdi

Bir gün əvvəl ölən hərbçi Aleks Avanesyanın yanından ona məxsus yüngül pulemyot tapılıb.

Lent.az Ermənistan mediasına istinadla bildirir ki, sentyabrın 12-də ölkənin Müdafiə Nazirliyinin müvafiq idarəsindən həmin gün saat 19:50 radələrində ölkənin şimalında yerləşən atəş mövqeyinə bitişik ərazidə yerləşən səngərlərdən birində məlumat daxil olub. Ermənistan Müdafiə Nazirliyinin N-ci hərbi hissəsinin müdafiə bölgəsinin şərq sərhəd zolağında həmin hərbi hissənin hərbi qulluqçusu sıravi Aleks Avanesyanın başından güllə yarası ilə meyiti tapılıb.

Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Avanesyanın yanından ona verilmiş yüngül pulemyot tapılıb. İlkin məlumata görə, yüngül pulemyotdan istifadə etməklə intihar hadisəsi baş verib.

Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 522-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1962

Oxşar yazılar