Müdafiə Nazirliyi
21 mart 2023 18:32 (UTC +04:00)

Müdafiə Nazirliyi

Ermənistandan Azərbaycan ərazisinə hərbi yüklərin daşınması davam edir-VİDEO

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələri Şuşa-Laçın yoluna alternativ torpaq yollardan istifadə etməklə Ermənistandan hərbi yükdaşımaları davam etdirir.

Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən xəbər verilib.

Qeyri-qanuni erməni silahlı dəstələri gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə döyüş mövqelərinə canlı qüvvə, silah-sursat, mina, eləcə də yanacaq, su, ərzaq və digər maddi-texniki təminat vasitələri daşıyır.

Qeyd olunan marşrut üzrə hərbi yüklərin daşınması ilə əlaqədar Azərbaycan tərəfi dəfələrlə beynəlxalq ictimaiyyəti məlumatlandırıb: “Bundan əlavə, Ermənistan tərəfinin hərbi yükdaşımalar məqsədilə mülki nəqliyyat vasitələrindən də istifadə etməsi müəyyən edilib. Belə ki, Ermənistandan hərəkət edən mülki avtomobillər Şuşa rayonunun Turşsu kəndi yaxınlığında müəyyən edilmiş nöqtəyə qədər müqavilə əsasında xidmət keçən canlı qüvvəni və hərbi yükləri çatdırır. Daha sonra hərbçilərin və hərbi yüklərin yüksəkkeçidli hərbi maşınlarla Xankəndiyə daşınması da tərəfimizdən müşahidə edilib.

Bildiririk ki, bölgədə bundan sonra yarana biləcək gərginliyə görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Ermənistandan Azərbaycan ərazisinə hərbi yüklərin daşınması davam edir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4305

Oxşar yazılar

Bakıda evdə PARTLAYIŞ:  yaralanan var

Bakıda evdə PARTLAYIŞ: yaralanan var

16 avqust 2025 , 09:38
Gəncədə şagirdin meyiti  tapıldı

Gəncədə şagirdin meyiti tapıldı

16 avqust 2025 , 09:29
Goranboyda yanğın törədən kəndli saxlanıldı

Goranboyda yanğın törədən kəndli saxlanıldı

16 avqust 2025 , 09:23
Tovuzda zəlzələ   oldu

Tovuzda zəlzələ oldu

16 avqust 2025 , 09:10
Yabanı halda bitən çətənə bitkiləri məhv edildi

Yabanı halda bitən çətənə bitkiləri məhv edildi

16 avqust 2025 , 08:53
Şəkidə 4 otaqlı ev yanıb kül oldu

Şəkidə 4 otaqlı ev yanıb kül oldu

16 avqust 2025 , 07:58
3 yaşlı uşaq hündürmərtəbəli binadan  yıxılıb öldü

3 yaşlı uşaq hündürmərtəbəli binadan yıxılıb öldü

15 avqust 2025 , 23:53
Yanğın törədənlər məsuliyyətə cəlb olundu

Yanğın törədənlər məsuliyyətə cəlb olundu

15 avqust 2025 , 20:43