Pomidor-xiyarın arasında narkotik əkmişdi,  saxlanıldı - VİDEO
15 avqust 2025 13:23 (UTC +04:00)

Pomidor-xiyarın arasında narkotik əkmişdi, saxlanıldı - VİDEO

İsmayıllıda narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı polis əməkdaşları tərəfindən əməliyyat keçirilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, tədbirlərlə 55 yaşlı Aydın Allahverdiyev saxlanılıb. Onun həyətyanı sahəsindən tərəvəz bitkilərinin arasında əkdiyi 76 ədəd çətənə bitkisi aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri satmaq məqsədilə yetişdirdiyini bildirib. 

Faktla bağlı cinayət işi başlanılıb, A.Allahverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450

Oxşar yazılar