Avtomobilin salonunu ən tez necə soyutmaq olar?  - ÜSULLAR
15 avqust 2025 15:45 (UTC +04:00)

Avtomobilin salonunu ən tez necə soyutmaq olar? - ÜSULLAR

Hətta nisbətən sərin sayılan +27°C havada belə avtomobilin salonunda temperatur 10 dəqiqəyə +37°C-yə, yarım saata isə +46°C-dən yuxarı qalxa bilər.

Lent.az xəbər verir ki, amma kondisionersiz avtomobildən isti havanı tez çıxarmağın sadə və ən əsası elmi əsaslandırılmış bir üsulu var. Bu metodu bloger Hannah Fry nümayiş etdirib.

“Qapı və pəncərə” metodu

- Avtomobili saxlayın;

- Arxada, sizdən əks tərəfdə olan sərnişin pəncərəsini tam açın;

- Sürücü qapısını 2–3 dəfə tez bir şəkildə açıb bağlayın.

Blogerin izahına görə, qapını hərəkət etdirərkən o, salonun isti havasını sanki “süpürür” və sürücü oturacağının yanında aşağı təzyiqli zona yaradır. Bu boşluq dərhal arxadakı açıq pəncərədən daxil olan daha sərin hava ilə dolur.

Bu metod niyə həmişə işləmir?

Əgər küçədəki hava maşındakı qədər isti olsa, məsələn, +43°C, effekt xeyli zəif hiss olunacaq — sadəcə salonu bir az daha isti xarici hava ilə əvəz etmiş olacaqsınız.

Salonun materialları soyuma sürətinə təsir edir — məsələn, parçadan olan oturacaqlar tünd dəridən daha tez soyuyur, lakin qızmış plastik panel hava sərinlədikdən sonra belə uzun müddət istilik verir.

Bəzi hallarda nəzərəçarpacaq fərq hiss etmək üçün qapını 30–40 dəfə açıb-bağlamaq lazım gəlir.

Üsulun üstün və mənfi cəhətləri

Üstünlüklər:

  • Kondisioneri işə salmağa ehtiyac yoxdur.
  • Orta istilikdə sürətli işləyir (2–3 hərəkətlə).
  • Elmi fəndləri dostlarına göstərməyi sevənlər üçün təsirli görünür.

Mənfi cəhətlər:

  • Çox isti havada nəzərəçarpacaq effekt vermir.
  • Zamanla qapı petlələrinin aşınmasına səbəb ola bilər.
  • Salonun isti səthlərini soyutmur.

Tövsiyələr:

  • Fry metodunu kondisionerlə birləşdirin: əvvəlcə isti havanı “süpürün”, sonra kondisioneri işə salın — bu zaman sistem daha səmərəli işləyəcək.
  • İstiliyin artmasını ləngitmək üçün günəşdən qoruyucu pərdə və ön şüşə üçün ekranlardan istifadə edin.
  • Maşını kölgədə saxlayın və ya ön panelə birbaşa günəş düşməyəcək şəkildə park edin.
  • Avtomobili qısa müddətə tərk edərkən pəncərələri bir az açıq buraxın — bu, “istixana” effektini azaldır.

“Qapı və pəncərə” metodu həqiqətən elmi əsaslara söykənir və istidə avtomobili tez təzələməyə kömək edə bilər, lakin ən yaxşı nəticəni kondisioner və avtomobilin həddindən artıq qızmasının qarşısını alan digər üsullarla birlikdə istifadə edildikdə verir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 334

Oxşar yazılar