Qadını öz avtomobili əzib öldürdü - Görün necə?
15 avqust 2025 13:33 (UTC +04:00)

Qadını öz avtomobili əzib öldürdü - Görün necə?

Rusiyanın Sverdlovsk vilayətinin Şalya qəsəbəsində 30 yaşlı qadını öz avtomobili əzərək öldürüb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, qadın “Niva” markalı avtomobilini maili ərazidə dayanacaq əyləcini çəkmədən saxlayıb. O, maşına minməyə çalışarkən avtomobil özbaşına hərəkətə başlayıb, sahibini vurub və o, kənardakı xəndəyə yuvarlanıb.

Hadisə yerinə çatan həkimlər qadının öldüyünü müəyyən ediblər. Dövlət Avtomobil Müfəttişliyi əməkdaşları hadisənin bütün təfərrüatlarını araşdırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 776

Oxşar yazılar