Volqoqradda yaşayış binasının zirzəmisində ədyala bükülmüş qadın meyiti tapılıb.
Lent.az xarici mediaya istinadən bildirir ki, Rusiya İstintaq Komitəsinin bölgə üzrə istintaq orqanlarının məlumatına görə, meyit bir neçə ay zirzəmidə qalıb.
Faktla bağlı cinayət işi açılıb. Əməliyyatçılar öldürülən qadının 31 yaşlı sevgilisini dindiriblər. Onların yaşadıqları mənzildə müstəntiqlər 24 yaşlı zərərçəkmişin adına pasport tapıblar. Lakin kişi onun yerini deyə bilməyib və bir müddət sonra qızı öldürdüyünü etiraf edib.
Onun sözlərinə görə, evin zirzəmisində tapılan meyit ona məxsusdur.
O bildirib ki, bu ilin aprel ayında birgə yaşadığı şəxsə münasibətləri qanuniləşdirməyi və rəsmən ailə həyatı qurmağı təklif edib, ondan imtina edilib və bir müddət ayrı yaşamaq təklifi alıb. Şübhəli şəxs bundan qəzəblənib. Qızın yuxuya getməsini gözləyib, sonra onu boğub, cəsədini yorğanda gizlədib, lentlə büküb və gecə zirzəmiyə endirib.
Həmin şəxs saxlanılıb.