Motosiklet maralı vurdu,  sürücü və sərnişini öldü
15 iyul 2025 14:37 (UTC +04:00)

Motosiklet maralı vurdu, sürücü və sərnişini öldü

Rusiyanın Leninqrad vilayətində motosikletçi maralı vurub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Sankt-Peterburq-Sortavala magistralının 47-ci kilometrliyində, Vsevolojsk vilayətində baş verib.

İlkin məlumata görə, “Yamaha” markalı motosikletin 41 yaşlı sürücüsü idarəetməni itirərək yolu keçən maralı vurub. Qəza nəticəsində sürücü və 42 yaşlı sərnişin yerindəcə keçinib.

Heyvanın sağ qalaraq meşəyə qaçdığı bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562

Oxşar yazılar