Güzgüləri iz qalmadan parıldadan  ev üsulu  - RESEPT
15 iyul 2025 15:35 (UTC +04:00)

Güzgüləri iz qalmadan parıldadan ev üsulu - RESEPT

Güzgülərin təmiz görünməsi hər evin ümumi səliqəsinə təsir edir. Amma çox zaman silinən zaman iz qalır və bu, istənilən nəticəni vermir. 

Lent.az bu üsulu təqdim edir:

Tərkibi:

1 stəkan sirkə (ağ sirkə daha yaxşı nəticə verir)

1 stəkan ilıq su

1 çay qaşığı qab yuyucu maye (Fairy tipli)

İstəyə görə: bir neçə damcı limon suyu (xoş ətir üçün)

Sprey qab

Təmiz mikrofiber bez və ya qəzet kağızı

Hazırlanması

Sprey qabına 1 stəkan ilıq su və 1 stəkan sirkə əlavə edin. Üzərinə 1 çay qaşığı qab yuyucu maye tökün. Əgər istəyirsinizsə, 2-3 damcı limon suyu da əlavə edin. Qabı bağlayın və yaxşıca çalxalayın.

İstifadə qaydası

Güzgünün səthinə spreydən az miqdarda sıxın. Mikrofiber bez və ya qəzet kağızı ilə yüngül dairəvi hərəkətlərlə silin. Güzgünün qurumasını gözləmədən dərhal qurulayın – bu, izlərin qarşısını alır.

Əlavə məsləhətlər

Günəş işığı altında təmizləməyin – tez quruduğuna görə iz qala bilər. Qəzet kağızı həm parlaq nəticə verir, həm də tük buraxmır. Əgər güzgüdə çox ləkə varsa, əvvəlcə nəm bezlə silib sonra bu qarışımı istifadə edin.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 440

Oxşar yazılar